Dəmir yolunun təmas xəttinin zədələnməsinə görə, dörd istiqamət üzrə qatar dayandırılıb, sərnişinləri avtobuslarla aparacaqlar
Dəmir yolunun təmas xəttinin zədələnməsinə görə, dörd istiqamət üzrə qatar dayandırılıb, sərnişinləri avtobuslarla aparacaqlar

Gürcüstan Dəmir Yollarının məlumatına görə, dövlət elektrik sisteminin yüksək gərginliyin 110 kilovatlıq xətti qırıldı və dəmir yolunun təmas xəttinə düşərək zədələdi.

Şirkətdə bəyan edirlər ki, hazırda dörd istiqamət üzrə qatar dayandırılıb – Tbilisi-Batumi, Batumi-Tbilisi, Tbilisi-Poti və Zuqdidi-Tbilisi.

“Dövlət elektrik sisteminin əməkdaşları tərəfindən bərpa işlər artıq başlayıb və hərəkət ardıcıl olaraq bərpa olunacaq. Bütün istiqamətlərin bərpasına təxminən dörd saat lazım gələcək.

Paralel olaraq, şirkət artıq avtobus göndərdi. Sərnişinləri avtobuslarla aparacaqlar”, – Gürcüstan Dəmir Yollarında bəyan edirlər.