Dəməşq Hava Limanı beynəlxalq uçuşları bərpa edib
Dəməşq Hava Limanı beynəlxalq uçuşları bərpa edib.
Dekabrın 8-dən üsyançı qüvvələrin Suriya paytaxtına daxil olması və Bəşər Əsədin ölkəni tərk etməsindən sonra Suriyaya beynəlxalq kommersiya reysləri dayandırılmışdı.
Suriya Hava Yollarından “France-Presse”ə dedikləri kimi, bu gündən etibarən Dəməşqdən Dubaya reyslər bərpa edilib.
Bununla yanaşı, “Qatar Airlines” aviaşirkətində son 13 ildə ilk dəfə olaraq Suriyanın paytaxtına uçuşları bərpa edəcəklərini bildiriblər.
Yanvarın 7-dən etibarən aviaşirkət həftədə üç dəfə reys həyata keçirəcək.