Delsi Rodriqez - Prezident Tramp, xalqlarımız və bölgəmiz müharibəyə deyil, sülhə və dialoqa layiqdir
Delsi Rodriqez - Prezident Tramp, xalqlarımız və bölgəmiz müharibəyə deyil, sülhə və dialoqa layiqdir

 

Venesuelanın prezidenti vəzifəsinin icraçısı Delsi Rodriqez ABŞ hökumətinə “əməkdaşlıq proqramı” təklif etdiyini bildirib.

Rodriqezin sözlərinə əsasən, bu proqram “cəmiyyətlərin uzunmüddətli birgəyaşayışını möhkəmləndirmək üçün beynəlxalq hüquq çərçivəsində ortaq inkişafa” yönələcək.

Bununla yanaşı, Delsi Rodriqez qeyd edib ki, Venesuela ABŞ və region ölkələri ilə yeni, daha yaxşı münasibətlərin qurulmasını prioritet hesab edir.

“Prezident Donald Tramp, xalqlarımız və bölgəmiz müharibəyə deyil, sülhə və dialoqa layiqdir. Bu, hər zaman prezident Nikolas Maduronun mesajı olub və indi bu bütün Venesuelanın mesajıdır. Venesuelanın sülhə, inkişafa, suverenliyə və gələcəyə haqqı var” – Venesuelanın prezidenti vəzifəsinin icraçısı qeyd edib.