Dəllər kəndində koronavirusa yoluxan şəxslərin kontaktlarının aşkarlanması prosesi davam edir
Bolnisi munitsipalitetinin Dəllər kəndində koronavirusa yoluxan şəxslərin kontaktlarının aşkarlanması prosesi davam edir.
Dəllər kəndinə Luqari laboratoriyasından bir qrup və Bolnisi Səhiyyə Mərkəzinin epidemioloqları daxil oldular.
Həkimlər kontaktlardan biloji nümunələr götürəcəklər. Daha sonra PCR metodla laboratoriyada tədqiqat aparılacaq.
Kontaktlar dünən bir neçə saat ərzində öyrənilirdi. Epidemioloqlar və həkimlər fəaliyyətləri zamanı hər hansı maneə ilə qarşılaşmayıblar.