Dekabrın birində işğal olunmuş Vaneli kəndində yaxalanan Gürcüstan vətəndaşı qanunsuz həbsdən azad olundu
Dekabrın birində işğal olunmuş Vaneli kəndində yaxalanan Gürcüstan vətəndaşı qanunsuz həbsdən azad olundu

Dekabrın birində işğal olunmuş Vaneli kəndi ərazisində, Kaba kəndində yaxalanan Gürcüstan vətəndaşı, Malxaz Canelidze qanunsuz həbsdən azad olundu.

İşğal qüvvələri nümayəndələri Malxaz Canelidzeni gürcü hüquqmühafizəçilərinə Erqneti nəzarət-keçid məntəqəsində təhvil verdilər. Onun dindirilməsi DİN Şida Kartli İdarəsində baş verir.

Dövlət Təhlükəsizliyi Xidmətində bəyan etdiklərinə görə, Gürcüstan vətəndaşının azad olunması üçün Avropa İttifaqının müşahidəçilər missiyasının “qaynar xəttindən” istifadə olunurdu, həmçinin prosesə Cenevrə danışıqlarının həmsədrləri də qoşulmuşdular. “İşqal qüvvələri tərəfindən işğal xətti boyunca və işğal olunmuş bölgələrdə həyata keçirilmiş qanunsuz yaxalamalar və bütün başqa destruktiv hərəkətlərə məsuliyyət Rusiya Federasiyasının üzərinə düşür”, – Dövlət Təhlükəsizliyi Xidmətində bəyan edirlər.

Qanunsuz həbsdən azad olunan Malxaz Canelidze qeyd etdi ki, yaxalandıqdan sonra onu bir neçə dəfə döydülər.

“Məni Kaba yaxınlığında yaxaladılar. Rusiya işləməyə və müəlicəyə gedirdim. Divara çıxdım, Sxinvaliyə meşəni keçərək piyada getdim. Hələ Cava həbsxanasında idim, sonra sərhədçilər keçirdilər. Polis və sərhədçilər məni döydülər. Hələ Cavada yaxalananda maşında döydülər, sonra Sxinvalidə. Deyirdilər ki, nəyə görə keçdim. Anlıma vurudular ki, izlər qalmasın. Məhkəmə olmayıb, nə də cərimə pdəməmişəm”, – Malxaz Canelidze bəyan etdi.

Canelidzenin döyülməsinin araşdırılması Avropa İttifaqının “qaynar xətti” ilə aparılır. Ona ekspertiza da təyin edilib.