Dekabrın 4-də Rustaveli prospektində 112-nin videomüşahidə kameralarına ziyan vurmaq faktı üzrə bir nəfəri saxlayıblar

10:53, 12.12.2024

 
Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, qrup halında törədilmiş əşyaya ziyan vurmaq ittihamı ilə 1998-ci il təvəllüdlü Q.X.-ni hakimin hökmü əsasında saxlayıblar.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin dekabrın 4-də Rustaveli prospektində aksiya zamanı onu müşayiət edən şəxslərlə birlikdə İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzi 112-nin balansında olan 7 videomüşahidə kamerasına ziyan vurub. Polis Q.X.-ni aparılmış istintaq hərəkətləri nəticəsində Tbilisidə saxlayıb” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Həmçinin, nazirlikdə Daxili İşlər Nazirliyinin cinayətdə iştirak edən digər şəxslərin kimliyinin müəyyən edilərək saxlanılması məqsədilə istintaq hərəkətlərini davam etdirdiyini bildirirlər.

İstintaq Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin “q” yarımbəndi ilə aparılır, bu da qrup halında əşyaya ziyan vurulması deməkdir. Cinayət altı ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar