"DeepState" analitik platformasının məlumatına əsasən, rus qoşunları Kupyansk rayonu və Zaporojiedə irəliləyir
"DeepState" analitik platformasının məlumatına əsasən, rus qoşunları Kupyansk rayonu və Zaporojiedə irəliləyir

 

“DeepState” analitik platformasının məlumatına əsasən, rus qoşunları Xarkov vilayətinin Kupyansk rayonu və Zaporojiedə irəliləyir.

Platformaya əsasən, son bir neçə saat ərzində cəbhə xətti Kupyanskın şərq hissəsində və Qolubovka kəndi yaxınlığında dəyişib. Həmçinin, Zaporojie vilayətində Novoivanovka yaxınlığında rus bölmələrinin irəliləməsi qeydə alınıb.

Ukrayna mediasının məlumatına əsasən, sentyabrın 13-də Baş Qərargah Xarkov vilayətinin Kupyansk və onun ətraflarında mövcud vəziyyətin ağırlaşdığını açıqlayıb.