"DeepState" analitik layihəsi - Ruslar Ukraynada daha üç yaşayış məntəqəsini ələ keçiriblər və Pokrovskda irəliləyiblər
Ruslar Ukraynada daha üç yaşayış məntəqəsini ələ keçiriblər və Pokrovskda irəliləyiblər. Bu haqda məlumatı Ukraynanın “DeepState” analitik layihəsi yayır.
Layihənin analitikləri rusların Balaqan, Sladkoe və Zatişye yaşayış məntəqələrini ələ keçirdiklərini bildirirlər. Onların məlumatında, Pokrovsk istiqamətində rusların Novoekonomiçnoe və Huliaipole yaxınlığında müəyyən irəliləyişinin olduğu deyilir.
“DeepState”in məlumatına əsasən, noyabrda ruslar Ukrayna ərazisinin 505 kvadrat kilometrini ələ keçiriblər, bunun da təxminən 40%-i yalnız Zaporojie vilayətindədir.
Ukrayna mediasının məlumatına əsasən, dekabrın 3-ü səhər Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son 24 saat ərzində Pokrovskda düşmənin 52 hücumunu dayandırdıqlarını açıqlayıb.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, Rusiyanın Zaporojie vilayətində Huliaipole yaşayış məntəqəsini ələ keçirmək cəhdləri uğursuz olub.