“DeepState” analitik layihəsi – Rusiya işğalçı qüvvələri Mirnoqradda irəliləyib, Katernivka istiqamətində də irəliləyişi var

11:48, 08.12.2025

 

Rusiya işğalçı qüvvələri Donetsk vilayətində Mirnoqradda irəliləyib – bu haqda məlumatı Ukraynanın analitik layihəsi “DeepState” yayır.

Platformanın analitiklərinin qiymətləndirməsinə əsasən, Mirnoqradla yanaşı, rus qüvvələrinin Katernivka istiqamətində də irəliləyişi var.

Bundan əvvəl Ukrayna Hava-Desant-Hücum Qüvvələri bir neçə gün əvvəl Pokrovsk və Mirnoqradın mühasirədə olmadığını və müdafiə qüvvələrinin logistika və nəzarət zonalarını genişləndirmək üçün çalışdığını açıqlamışdı.

Oxşar