"Deep Knowledge Group"-un tədqiqatına əsasən, "COVID-19"-un təhlükəsizliyi reytinqində Gürcüstan şərqi Avropa və mərkəzi Asiya bölgəsində liderdir
"Deep Knowledge Group"-un tədqiqatına əsasən, "COVID-19"-un təhlükəsizliyi reytinqində Gürcüstan şərqi Avropa və mərkəzi Asiya bölgəsində liderdir

“Deep Knowledge Group”-un tədqiqatına əsasən, “COVID-19”-un təhlükəsizliyi reytinqində Gürcüstan şərqi Avropa və mərkəzi Asiya bölgəsində liderdir.

Hesabata uyğun olaraq, Gürcüstan 550 xal alıb. Qeyd olunan xal müxtəlif parametrlərin birləşməsi ilə alınıb, o cümlədən: karantin effektliyi, risklərin idarəsində hökumətin effektliyi, monitorinq və aşkar etmə, səhiyyə siteminin hazırlığı, bölgə davamlılığı və fövqəladə vəziyyət zamanı hazırlıq. Qeyd olunan paramentrlərin birləşməsi ilə Gürcüstan bölgədə birinci yerdədir.

Şərqi Avropa və mərkəzi Asiya bölgəsində təşkilat tədqiqatı 12 ölkənin göstərivcilərinə əsasən edib – Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Ukrayna, Moldova, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Rusiya.