Dedoplistsğaronun "Regional Səhiyyə Mərkəzi"ndə əlavə xidmətlərin işə salınması planlaşdırılır
Səhiyyə naziri Mixeil Sarcveladze “Regional Səhiyyə Mərkəzi”nin Dedoplistsğaro tibb müəssisəsində olub.
Mixeil Sarcveladze klinikanın infrastrukturu və mövcud vəziyyətlə tanış olub, tibb işçiləri ilə görüşüb, onlar üçün vacib olan məsələləri müzakirə ediblər, cari ehtiyaclar və gələcək planlar haqqında danışıblar.
Mixeil Sarcveladzenin bəyanatına əsasən, region əhalisi üçün yüksək keyfiyyətli tibbi xidmətin əlçatan olması məqsədilə klinikada əlavə xidmətlərin işə salınması planlaşdırılır.
Səhiyyə naziri ilə birlikdə, “Regional Səhiyyə Mərkəzi”nin nümayəndələri, Kaxeti bölgəsi üzrə dövlət nümayəndəsi Qiorqi Aladaşvili və Dedoplistsğaro Munisipalitetinin meri Nikoloz Caniaşvili tibb müəssisəsində olublar.
Məlumatı Səhiyyə Nazirliyi yayır.