Dedoplistsğaro Munisipalitetində iribuynuzlu heyvanda quduzluğa yoluxma təsdiqlənib
Dedoplistsğaro Munisipalitetində iribuynuzlu heyvanda quduzluğa yoluxma təsdiqlənib

 

Milli Qida Agentliyinin Kaxeti Departamentinin müfəttişləri bildiriş əsasında Dedoplistsğaro Munisipalitetinin Pirosmani kəndində iribuynuzlu heyvan üzərində nəzarət tətbiq ediblər.

Agentliyin məlumatına əsasən, heyvanda tüpürcək ifrazının artımı, səbəbsiz aqressivlik, iştahsızlıq və koordinasiya pozuntusu müşahidə olunurdu. Agentliyin müfəttişləri patoloji materialın nümunələrini laboratoriyaya göndəriblər. Laboratoriya tədqiqatı ilə quduzluğa yoluxma təsdiqlənib.

“Heyvanın quduzluğa yoluxması haqqında məlumat dərhal yerli səhiyyə xidmətinə çatdırılıb.

Yoluxma məntəqəsi və ətraf ərazidə (yoluxma məntəqəsindən 3 km radiusda) karantin elan edilib.

Agentlik karantinlə nəzərdə tutulan – dezinfeksiya, xəstəliyə həssas olan heyvanların quduzluğa qarşı peyvənd edilməsi, xəstə heyvanla təmasda olan heyvanlara nəzarət, heyvanın hərəkətinə nəzarət və s. tədbirləri həyata keçirib.

Bu mərhələdə munisipalitetdə xəstəliyə həssas olan 4500 heyvan peyvənd edilib.

Milli Qida Agentliyi tərəfindən həyata keçirilən quduzluğa qarşı profilaktik tədbirlər nəticəsində 2025-ci ildə quduzluğa yoluxma halları 2012-ci illə müqayisədə 93% azalıb” – Milli Qida Agentliyinin məlumatında deyilir.