Davosda beynəlxalq forum başlayır
Davosda beynəlxalq forum başlayır

 

İsveçrənin Davos şəhərində beynəlxalq forum başlayır. Forum çərçivvəsində Ukrayna, Venesuela, Qəzza və İran məsələlərində yüksək səviyyəli müzakirələr keçiriləcək.

ABŞ Prezidenti Donald Tramp Davosda beş kabinet katibi və digər yüksək vəzifəli şəxslərdən ibarət tarixdə ən böyük ABŞ nümayəndə heyətinə rəhbərlik edir. Trampın əsas tədbir çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, Kanada liderləri və Avropa Komissiyasının prezidenti də daxil olmaqla “Böyük Yeddilik” müttəfiqləri ilə görüşməsi gözlənilir.

Avropalı liderlər və rəsmi şəxslər, ehtimal ki, ABŞ Prezidentı və onun komandası ilə görüşləri Qrenlandiya məsələsini müzakirə etmək üçün istifadə edəcək və onu tariflərlə bağlı hədələrindən geri çəkilməyə çağıracaqlar. Geosiyasi sarsıntıların yaratdığı qeyri-müəyyənlikdən başqa, forumda qlobal iqtisadiyyatın üzləşdiyi digər çağırışların həlli yollarını da müzakirə edəcəklər. Süni intellekt bu il daha bir məsələdir, qabaqcıl texnologiyalara bir neçə tədbir həsr ediləcək.