Davos Dünya İqtisadi Forumunda 60 dövlət və hökumət başçısı iştirak edəcək

13:54, 16.01.2025

 
İsveçrədə Davos Dünya İqtisadi Forumunda 60 dövlət və hökumət başçısı iştirak edəcək. Bu haqda Dünya İqtisadi Forumunun rəsmi veb səhifəsində dərc olunan məlumatda deyilir.

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp tədbirdə iştirak edən liderlər arasındadır və müzakirəyə onlayn qoşulacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyev, eləcə də Ukraynanın Prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien və Avropa Parlamentinin Prezidenti Roberta Metsola Davos İqtisadi Forumuna gedəcək. İspaniyanın Baş naziri Pedro Sançes, Almaniyanın kansleri Olaf Şolts, Niderlandın Baş naziri Dik Sxoop, Polşanın Prezidenti Ancei Duda, İsveçin Baş naziri Ulp Kristersson, Belçikanın Baş naziri Aleksandr De Kroo və digər avropalı liderlər Dünya İqtisadi Forumunda iştirak edəcək.

Vitse-baş nazir Din Siuesian Çini forumda təmsil edəcək. Bundan əlavə, Davos İqtisadi Forumunun bəyanatına əsasən, görüşdə İsrailin Prezidenti İsaak Hertsoq, Fələstin Muxtariyyətinin Baş naziri Muhamed Mustafa və Suriyanın xarici işlər naziri Asaad Hasan əl-Şibani iştirak edəcək.

Həmçinin Argentina, Peru, Cənubi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Misir, İraq, Qətər, Monqolustan, Banqladeş, Malayziya, Tailand, Vyetnam və dünyanın digər ölkələrindən liderlərin Davosda Dünya İqtisadi Forumunda iştirakını gözləyirlər.

Forumda NATO-nun baş katibi Mark Rutte, BMT-nin baş katibi Antonio Quterreş, Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonco-İveala, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Qeorqieva və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adano da daxil olmaqla beynəlxalq təşkilatların liderləri təmsil olunacaqlar.

Davos Dünya İqtisadi Forumu yanvarın 20-24-də keçiriləcək. Cari ildə Dünya İqtisadi Forumunda 130 ölkədən və beynəlxalq təşkilatlardan ümumilikdə 3000 nümayəndə iştirak edəcək.

Oxşar