Davit Zalkaniani - "İslam Dövlətinə" qarşı mübarizədə Gürcüstan ABŞ-ın dəstəsindədir
Davit Zalkaniani - "İslam Dövlətinə" qarşı mübarizədə Gürcüstan ABŞ-ın dəstəsindədir

“İslam Dövlətinə” qarşı mübarizədə Gürcüstan Amerika Birləşmiş Ştatlarının partnyoru və Qlobal Koalisiyanın fəal üzvü olmaq şərəfinə sahibdir. Qlobal çağırışlarla mübarizə prosesində Gürcüstanın da qatqısı var”, – bu bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani İSİS-ə qarşı qlobal mübarizə koalisiasının üzv ölkələrinin Xarici İşlər Nazirlərinin görüşündə çıxış edərkən verdi.

Xarici işlər Nazirliyinin məlumatına görə,  Davit Zalkaniani “İslam Dövlətindən” gələn təhlükə formaları və onlarla mübarizə üçün gərəkli olan koordinasiya hərəkətləri haqqında danışdı.

Ministerial çərçivəsində, Gürcüstanın Xarici İşlər Nazirliyinin partnyor ölkələrin özvlərinin Xarici İşlər Nazirləri ilə görüşləri baş tutdu.

Gürcüstan 2014-cü ildən qlobal Koalisiya üzvüdür.

Koalisiyanın ilk ministerialı isə, 2014-cü ilin dekabrın 3-də Brüsseldə keçirildi.