Davit Zalkaliani – ABŞ-Gürcüstan Azad Ticarət Sazişinin hər iki ölkəyə müsbət təsir edəcəyinə əminik

19:37, 09.03.2022

Amerika nəşri The Hill tədqiqatçı Brok Birmanın “Gürcüstana azad ticarət müqaviləsi verin” adlı məqaləsini dərc edir.

Məqalə müəllifi ABŞ və Gürcüstan arasında azad ticarət sazişinin bağlanmasının müsbət tərəflərini vurğulayır və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə söhbəti xatırladır.

“Bu yaxınlarda Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə əlaqə saxladım, o, mənə potensialın kifayət qədər böyük olduğunu dedi. Gürcüstanla azad ticarət sazişi dərhal ABŞ-ın yumşaq gücünü Gürcüstanın hüdudlarından kənarda artıracaq, [Cənubi Qafqazda] gərginliyin artmasının qarşısını alacaq, iqtisadi sabitliyi, rifahı və ikitərəfli ticarəti gücləndirəcək. Tarix qarşılıqlı faydalı ticarətin effektivliyini sübut edib və biz əminik ki, ABŞ-Gürcüstan azad ticarət sazişi hər iki ölkəyə müsbət təsir göstərəcək”, – Brok Burman yazıb.

Müəllifin fikrincə, Gürcüstan və ABŞ arasında azad ticarət sazişi hər iki ölkə üçün faydalı olacaq. Bu, həm Gürcüstanın demokratik inkişafına, həm də ABŞ-ın uzunmüddətli strateji maraqlarına müsbət təsir göstərəcək.

Oxşar