Davit Utiaşvili - Təlatümlü epizoddan və gözləntilərin keçməsindən sonra növbəti aylarda ehtiyatları yenidən dolduracağımıza dair gözləntimiz var
Davit Utiaşvili - Təlatümlü epizoddan və gözləntilərin keçməsindən sonra növbəti aylarda ehtiyatları yenidən dolduracağımıza dair gözləntimiz var

 
Gürcüstanın Milli Bankının Maliyyə Sabitliyi Departamentinin rəhbəri Davit Utiaşvili valyuta bazarına edilən təzyiqləri seçkiöncəsi dövr, birdəfəlik əməliyyatlar və gözləntilərin təsiri ilə əlaqələndirir. Utiaşvilinin qiymətləndirməsinə əsasən, oxşar vəziyyətdə Milli Bankın profilaktik tədbirlər görməsi, ehtiyatlarından istifadə etməsi və bazarın müvəqqəti balanssızlığını aradan qaldırması məqsədəuyğundur. O bildirib ki, təcrübənin göstərdiyi kimi, seçki ajiotajı keçdikdən sonra bazarın oyunçuları artıqlaması ilə alınan valyutanı geri qaytaracaqlar, bu da Milli Banka ehtiyatlarını yenidən doldurmaq imkanı verəcək.

“Analoji dövrlər və digər ölkələr kimi, bu seçkiöncəsi dövr, gözlənti faktorları ilə bağlı valyuta bazarına təzyiqdir. Belə şəraitdə bazarda yaranmış müvəqqəti balanssızlığı kompensasiya etmək üçün Milli Bankın ehtiyatlarından istifadə etmək məqsədəuyğundur. Təcrübənin göstərdiyi kimi, təlatümlü epizod və mənfi gözləntilər keçdikdən sonra bazarın oyunçuları artıqlaması ilə alınan valyutanı geri qaytarırlar. Müvafiq olaraq, növbəti aylarda ehtiyatları yenidən dolduracağımıza dair gözləntimiz var” – Davit Utiaşvili bildirib.

Gürcüstanın Milli Bankının Maliyyə Sabitliyi Departamentinin rəhbəri izah edir ki, Milli Bank beynəlxalq ehtiyatların idarə olunması strategiyasına uyğun fəaliyyət göstərir və bu, üzən məzənnə rejiminin olduğu digər mərkəzi bankların təcrübəsinə uyğundur.

“Valyuta müdaxilələri bizim strategiyamıza uyğundur. Larinin məzənnəsi iqtisadiyyatımızın sabitliyi, qiymət sabitliyi və maliyyə sabitliyi üçün vacibdir. Qərarlarımız isə profilaktik xarakter daşıyır. Müdaxilələr olmasaydı, təlatüm daha da güclənə bilər, halbuki bunun üçün ilkin şərtlər makro-əsaslar hissəsində mövcud deyil”, – Utiaşvili qeyd edib.