Davit Sonğulaşvili - Qiymətlər ilə əlaqədar Hökumət Komissiyasının fəaliyyətinin konkret nəticələri aprelin sonuna qədər ictimaiyyətə məlum olacaq
Davit Sonğulaşvili - Qiymətlər ilə əlaqədar Hökumət Komissiyasının fəaliyyətinin konkret nəticələri aprelin sonuna qədər ictimaiyyətə məlum olacaq

 

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri, ərzaq qiymətləri ilə əlaqədar Hökumət Koordinasiya Komissiyasının üzvü Davit Sonğulaşvilinin bəyanatına əsasən, komissiyanın fəaliyyətinin konkret nəticələri aprelin sonuna qədər ictimaiyyətə məlum olacaq.

“Hökumət Komissiyasının təşkilati görüşündə planı, eləcə də işin necə aparılacağı prosesi müzakirə etdik; fəaliyyət planını müzakirə etmək və bu komissiyanın fəaliyyəti ilə nail olunması vacib olan nəticələri müəyyən etmək üçün bütün iştirakçı tərəflərlə görüşlər planlaşdırılıb” – Davit Sonğulaşvili qeyd edib.

Qida məhsullarının qiymətləri ilə bağlı baş nazir İrakli Kobaxidzenin rəhbərliyi ilə fəaliyyət göstərən Hökumət Koordinasiya Komissiyası qida məhsulları, dərmanlar və yanacaq qiymətləri ilə bağlı işləyəcək. Qeyd olunan qərarı Hökumət Administrasiyasında keçirilən komissiyanın ilk iclasında qəbul ediblər.

İclasda üzvlər istehsalçılar, pərakəndə ticarət şəbəkələrinin və distribyutor şirkətlərin nümayəndələri ilə görüşləri nəzərdə tutan qarşıdakı həftələr üçün fəaliyyət planını müzakirə ediblər.

Komissiya müvafiq parlament komissiyası ilə koordinasiyada işləyəcək və fəaliyyətini ehtimal ki, aprelin sonuna qədər tamamlayacaq. İş prosesində ictimaiyyətə məhsulun real dəyəri, qiymətin komponentləri və mümkün məntiqsiz qiymət artımları barədə mərhələli şəkildə ətraflı məlumat veriləcək. Komissiyanın üzvləri qiymətlərin azalmasının iş prosesinin gedişatı ilə paralel olaraq, mərhələli şəkildə başlayacağını ehtimal edirlər.