Davit Sonğulaşvili Koreya Respublikasının Gürcüstandakı səfiri Hiondu Kim ilə görüşüb
Davit Sonğulaşvili Koreya Respublikasının Gürcüstandakı səfiri Hiondu Kim ilə görüşüb

 

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Koreya Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hiondu Kim ilə görüşüb. Bu barədə məlumatı Kənd Təsərrüfatı Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, görüşdə tərəflər ölkələr arasında kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq perspektivlərini, həmçinin ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.

“Nazir ölkələr arasında cari uğurlu layihələr haqqında danışdı və qorunan ərazilər sahəsində səmərəli əməkdaşlığın vacibliyinə diqqət yönəltdi.

Davit Sonğulaşvilinin bəyanatına əsasən, Koreyanın bilik və təcrübəsinin bölüşülməsi, eləcə də müasir texnologiyaların ölkəyə gətirilməsi və tətbiqi xüsusilə – qorunan ərazilərin, iqlim dəyişikliyinin yumşaldılması, su resurslarının və böhranların səmərəli idarə olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə tərəflər, həmçinin ixrac potensialına malik ərzaq məhsulları haqqında danışıblar. Davit Sonğulaşvilinin dediyi kimi, gürcü şərabı, çərəzlər və giləmeyvə mədəniyyətləri ixrac resursuna malik mühüm məhsullar sırasındadır. Nazir, həmçinin ölkədə akvakulturanın inkişaf perspektivləri məsələsindən danışıb.

Koreya səfirinin bəyanatına əsasən, ölkələr arasında əməkdaşlıq fəal və uğurludur, müvafiq olaraq təcrübə mübadiləsinə, eləcə də texniki və maliyyə dəstəyi üçün hazırdır” – Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda deyilir.