Davit Sonğulaşvili Gürcüstan Prezidenti ilə birlikdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb

18:45, 12.11.2026

 

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili ilə birlikdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş Antalya şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində keçirilib.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatında, görüşdə tərəflərin Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığı, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini, eləcə də regionda və dünyada gedən prosesləri müzakirə etdikləri deyilir. Ticarət-iqtisadi münasibətlərə, nəqliyyat və enerji əlaqəliliyinə, Orta Dəhlizin inkişafına və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə xüsusi diqqət ayrılıb.

“BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında dünyanın 90-a yaxın ölkəsinin lideri iştirak edir, bu da Gürcüstan Prezidentinə müxtəlif ölkələrin liderləri ilə görüşmək və ikitərəfli münasibətləri dərinləşdirmək imkanı verir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş xüsusilə qeyd olunmalıdır, görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq və müxtəlif istiqamətlərdə əməkdaşlığın gələcəkdə dərinləşdirilməsinin əhəmiyyəti bir daha vurğulanıb” – Davit Sonğulaşvili qeyd edib.

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Gürcüstan Prezidenti ilə birlikdə Türkiyə Respublikasında BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində keçirilən Liderlər Zirvə Toplantısında iştirak edib.

Konfrans dünyanın müxtəlif ölkələrinin liderlərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirir. Onun əsas məqsədi iqlim dəyişikliyinə qarşı qlobal səyləri gücləndirmək və Paris Sazişi ilə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə dəstək verməkdir.

Oxşar