Davit Sonğulaşvili fermerlərlə görüşüb və şaftalı yığımı prosesi ilə tanış olub
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Mtsxeta Munisipalitetinin Kanda kəndində olub, burada MMC “Kanda Agriculture”ın şaftalı bağında məhsul yığımı prosesi ilə tanış olub.
Nazir fermerlərlə də görüşüb və mövcud ehtiyaclar barədə məlumatı dinləyib.
MMC “Kanda Agriculture” Kəndin İnkişafı Agentliyinin benefisiarıdır. Şirkət 110 hektar ərazidə badam, alma, armud, şaftalı, nektarin, yastı şaftalı, gavalı, ərik və gilas bağları salıb. Şirkət məhsulun satışını yerli bazarda həyata keçirir.
Kəndin İnkişafı Agentliyi tərəfindən “Gələcəyi qur” dövlət proqramı çərçivəsində 25,000 hektardan çox sahədə yeni çoxillik bağların salınması 200 milyon laridən artıq birgə maliyyələşdirilib, o cümlədən Mtsxeta-Mtianeti regionunda təxminən 359 hektarda 2,6 milyon lari ilə.
Məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.