Davit Sonğulaşvili Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan və hökumət nümayəndə heyətinin üzvləri ilə görüşüb
Davit Sonğulaşvili Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan və hökumət nümayəndə heyətinin üzvləri ilə görüşüb

 

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan və hökumət nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Görüşdə tərəflər ölkələr arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarını, o cümlədən ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin görüşdə bildirdiyi kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın və prezident Vahaqn Xaçaturyanın Gürcüstana səfərləri ölkələr arasında yüksək səviyyəli siyasi münasibətləri vurğulayır, bu isə çoxtərəfli əməkdaşlıq üçün imkanlar yaradır.

Görüşdə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Zurab Ezuqbaia, Ermənistanın iqtisadiyyat nazirinin müavini Arman Xocoyan, Ermənistanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Davit Ter Mkrtçyan və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Davit Çitaişvili iştirak edirdilər.

Qeyd edək ki, Ermənistan Prezidenti Vahaqn Xaçaturyan və hökumət nümayəndə heyətinin üzvləri Gürcüstanda rəsmi səfərdədirlər. Səfər çərçivəsində nümayəndə heyətinin tərkibində olan nazirlər müvafiq qurumlardakı həmkarları ilə görüşlər keçirirlər.

Məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.