Davit Sonğulaşvili - Builki məhsulun göstəriciləri kifayət qədər yüksəkdir
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Qurcaani Munisipalitetində olub, burada şaftalı və nektarin məhsulunun yığılması və yerləşdirilməsi prosesi ilə tanış olub.
“Şaftalı və nektarin mühüm ixrac məhsullarından biridir. Bu gün Qurcaanidə uğurla davam edən məhsul yığımı prosesi ilə yerində tanış olduq. Bildiyiniz kimi, 16 milyon dollardan çox artıq ixrac edilib. Builki məhsulun göstəriciləri kifayət qədər yüksəkdir. Orta qiymətin sabit olması vacibdir. İxrac məhsulu üzrə də orta qiymət kifayət qədər yüksəkdir, bu da bir daha vurğulayır ki, kənd təsərrüfatında mövcud olan və Kənd Təsərrüfatı Agentliyi tərəfindən dəstəklənən dəyərlər zənciri bütövlükdə məhsulun fasiləsiz tədarük dövriyyəsini yaradır və orta yüksək qiymətin qorunub saxlanılmasına imkan verir və bundan irəli gələrək, məhsulun yetişdirilməsindən satışına qədər bu prosesdə iştirak edən hər bir şəxs məmnun olsun, bu da fermerlərlə keçirilən bugünkü görüşdə bir daha qeyd olundu” – Davit Sonğulaşvili bildirib.