Davit Narmania - Gözləyirik ki, nə elektrik enerjisində, nə də təbii qazda istehlak tarifləri artacaq və qorunub saxlanacaq
Davit Narmania - Gözləyirik ki, nə elektrik enerjisində, nə də təbii qazda istehlak tarifləri artacaq və qorunub saxlanacaq

 

Gözləyirik ki, nə elektrik enerjisində, nə də təbii qazda istehlak tarifləri artacaq və qorunub saxlanacaq – bu haqda Gürcüstanın Enerji və Su Təchizatını Tənzimləmə Milli Komissiyasının (SEMEK) sədri Davit Narmania deyib.

Bununla yanaşı, Narmanianın qeyd etdiyi kimi, tariflərlə əlaqədar Gürcüstanın Baş naziri ilə məsləhətləşmələr aparıblar.

“Son günlər ərzində komissiya tarif məsələləri, ayrı-ayrı mövzuların dəqiqləşdirilməsi üzərində intensiv işləyirdi. Bundan başqa, Gürcüstanın Baş naziri ilə məsləhətləşmələrimiz oldu. Elektrik paylayıcı şirkətlər bizə yazılı müraciət göndərərək bu prosesin üç ay müddətinə təxirə salınmasını xahiş ediblər, çünki elektrik enerjisinin balansları, gələn il gözlənilən generasiyanın necə olacağı dəqiqləşdirilməyib. Bundan irəli gələrək, komissiya bu gün müzakirə aparacaq və müvəqqəti tariflər təyin etməyi düşünürük, bu isə o deməkdir ki, bu gün mövcud, müəyyən edilmiş tarifləri növbəti üç ay ərzində elektrik enerjisi sektorunda qoruyub saxlayaq. Təbii qaza gəlincə isə, təbii qaz üçün tariflərdə artım onsuz da gözlənilmirdi. Bu haqda bəyanat verdim ki, bu hissədə müəyyən, kiçik düzəlişlər edilirdi. Beləliklə, gözləyirik ki, nə elektrik enerjisində, nə də təbii qazda istehlak tarifləri artacaq və qorunub saxlanacaq” – Narmania qeyd edib.

Narmanianın dediyi kimi, bu gün tariflərin artırılmasını mümkün edən amillər yoxdur.

“Dedim ki, ola bilsin artsın və müxtəlif amilləri sadaladım ki, bu halda tariflərin artırılması mümkün olardı. Bu gün bizdə bu amillər yoxdur, bundan irəli gələrək, mövcud tarif qorunub saxlanılır. Baş nazirlə məsləhətləşmələrə gəlincə, təbii ki, məsləhətləşmələr olub, çünki elektrik enerjisi sektorunda bir sıra məsələlər hökumətin səlahiyyətindədir. Komissiyanın qərarlarının əsaslandığı balanslarla əlaqəli məsələlər, generasiyaların proqnozlaşdırılması, su elektrik stansiyalarının tənzimlənməsi ilə bağlı mövzular bunların arasındadır. Bundan irəli gələrək, bu, təbii prosesdir” – Narmania bildirib.