Davit Matikaşvili - Radikalizmin son vəziyyətini müşahidə edirik, etiraz azalmaqdadır, nəhayət, ölkə dinc vəziyyətə keçəcək və Yeni il bayramını belə qarşılayacağıq
Davit Matikaşvili - Radikalizmin son vəziyyətini müşahidə edirik, etiraz azalmaqdadır, nəhayət, ölkə dinc vəziyyətə keçəcək və Yeni il bayramını belə qarşılayacağıq

 

Radikalizmin son vəziyyətini müşahidə edirik, etiraz azalmaqdadır, nəhayət, ölkə dinc vəziyyətə keçəcək və Yeni il bayramını belə qarşılayacağıq – bu haqda parlament çoxluğunun üzvü Davit Matikaşvili deyib.

O, Salome Zurabişvilinin mənfi konteksti daha da artırmağa çalışdığını bildirib.

“Salome Zurabişvili artıq aktual deyil. Bu, onun ölkəsinə və vətəninə münasibətdə mənfi konteksti daha da artırmaq üçün son mübarizəsidir. O, artıq öz ölkəsinə o qədər ziyan vurmağı bacardı ki, təəccüb ediləcək heç nə yoxdur. Biri var Zurabişvili nə etməyə çalışır, biridə var reallıq və vəziyyət nədir. Avropa Şurasının baş katibi Gürcüstana təşrif buyurub və ölkənin rəsmi şəxsləri ilə görüşür; Ölkə prezidenti seçib və biz artıq onun inauqurasiyasını gözləyirik. Bütün radikal müxalifətin öz bayraqdarı Zurabişvili ilə birlikdə böyük istəklə can atdığı legitimlik problemi artıq yoxdur. Bu gün faktiki olaraq radikalizmin son vəziyyətini müşahidə edirik. Zurabişvilinin çıxışı, eləcə də radikalların Gürcüstandakı davranışı, o etiraz da azalmaqdadır. Nəhayət, ölkə dinc vəziyyətə keçəcək və Yeni il bayramını belə qarşılayacağıq” – Matikaşvili qeyd edib.