Davit Matikaşvili – Gürcü xalqı, üstəlik hakimiyyət təzyiqə, zorbalığa boyun əymir

15:39, 06.11.2025

 

Avropa Komissiyasının rəyi anti-gürcü bəyanatdan başqa bir şey deyil, onlar özlərini saxlaya bilməyiblər və hesabatı açıq-aşkar yalanlarla doldurublar – bu haqda parlamentin Prosedur Məsələləri Komitəsinin sədri David Matikaşvili deyib.

O bildirib ki, bu, Gürcüstana təsir etmək üçün daha bir cəhddir.

“Gürcü xalqı, üstəlik hakimiyyət təzyiqə, zorbalığa boyun əymir. Avropa bürokratları o qədər ağır vəziyyətdədirlər ki, onlar tərəfindən istənilən qərar gözləniləndir. Gürcüstanın tərəqqisi və irəliləyişi aydın görünür və onların hansı qərarı qəbul etmələrindən asılı olmayaraq, onlar Gürcüstanın prinsipiallığını dəyişə bilməyəcəklər” – Matikaşvili bildirib.

Oxşar