Prosedur Məsələləri və Qaydaları Komitəsinin sədri Davit Matikaşvili və sədrin birinci müavini İrakli Şatakişvili Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyanla görüş keçiriblər.
Gürcü tərəfi qonağı Prosedur Məsələləri və Qaydaları Komitəsinin fəaliyyəti və Gürcüstan Parlamentinin yeni reqlamenti ilə nəzərdə tutulan yeniliklərlə tanış edib.
“Səfirlə həmkarlarımız – Ermənistan Parlamentinin Prosedur Məsələləri Komitəsi ilə əməkdaşlıq haqqında danışdıq. Qonaq mübadilə səfərlərinin planlaşdırılmasını təklif etdi, biz isə buna razılıq verdik. Həmçinin, görüşdə müxtəlif mövzuları, o cümlədən mövcud siyasi məsələləri müzakirə etdik” – Davit Matikaşvili görüş başa çatdıqdan sonra bildirib.
Məlumatı Gürcüstan Parlamenti yayır.