Davit Matikaşvili - Avropalı parlamentarilər xilasedici halqa olmağa çalışırlar, Rustavelidə bir ovuc radikal azalan kimi, fəallığı artırmağa çalışan insanlar ortaya çıxacaq
Hesabatda tamamilə cəfəng və həqiqətdən uzaq məsələləri yazıblar. Radikallar üçün yenə də xilasedici halqa olmağa çalışırlar. Axşamları Rustavelidə bir ovuc radikal azalan və ya hərəkəti dayandıran kimi, dərhal onların tapşırıqverən dairəsindən onların fəallığını bir az artırmağa çalışan insanlar və ya insanlar qrupları ortaya çıxacaq – bu barədə parlament çoxluğunun üzvü Davit Matikaşvili Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin təsdiq etdiyi Gürcüstanla bağlı illik hesabat haqda deyib.
Matikaşvili bildirib ki, hətta tamamilə cəfəng, Gürcüstanın konstitusiya quruluşundan fərqli tezislər irəli sürən insanlar belə həqiqətin harada olduğunu çox gözəl bilirlər.
“Onlarda heç nə alınmır, lakin hətta bu hesabatda da gürcü xalqına münasibətdə tamamilə qaydasız tezislər yer alır – guya 1 milyon 120 min insan heç nə ifadə etmir və ölkəmiz axşamları küçədə gəzən yalnız 300-400 radikaldan ibarətdir. Hətta bu tamamilə cəfəng, Gürcüstanın konstitusiya quruluşundan fərqli və ona zidd tezislər irəli sürən insanlar belə həqiqətin harada olduğunu çox gözəl bilirlər. Siyasətdə heç kimin yadına düşməyən və cəmiyyətin yaddaşında mənfi davranışları ilə qalan Salome Zurabişvilini leqitim adlandırırsansa, bu artıq hər şeyi deyir” – Davit Matikaşvili qeyd edib.