Davit Matikaşvili – Avrobürokratiya Gürcüstanda gürcü xalqının istəmədiyi reallığı bərqərar etməyə çalışır, Gürcüstana qarşı qeyri-obyektiv hücumların real səbəbi budur

17:20, 23.06.2026

 

Avrobürokratiya Gürcüstanda gürcü xalqının istəmədiyi reallığı bərqərar etməyə çalışır – bu haqda Parlamentin Prosedur Məsələləri Komitəsinin sədri Davit Matikaşvili Gürcüstanın Birinci Kanalına deyib.

Matikaşvilinin sözlərinə əsasən, Gürcüstana qarşı qeyri-obyektiv hücumların real səbəbi budur.

“Avropa Şurasından və Avropa məkanından Gürcüstanla bağlı reallıqdan tamamilə uzaq olan və xalqa təzyiq aləti rolunu oynayan bu cür passajlar yeni deyil. Avrobürokratiya Gürcüstanda gürcü xalqının istəmədiyi reallığı bərqərar etməyə çalışır. Gürcüstana qarşı qeyri-obyektiv hücumun baş verməsinin real səbəbi budur. Avropa məkanında Ukrayna və Moldovanın irəli çəkildiyi, onlardan sanki demokratik quruculuq nümunəsi kimi danışıldığı bir vaxtda, Gürcüstana qarşı edilən hücumlar sadəcə təbəssüm doğurur” — Davit Matikaşvili bildirib.

Oxşar