Davit Doiaşvili - “Yeni teatr” bölgələrə çıxır, teatrın nəyə qadir olduğunu görəcəksiniz, izləyin gürcü teatrını, izləyin
“Vaso Abaşidze adına Yeni Teatr” bölgələrə çıxır – bu haqda teatrın bədii rəhbəri, rejissor Davit Doiaşvili teatr qarşısında çıxışı zamanı deyib.
Doiaşvili hamının teatra qoşulacağını bildirib.
“İnsanlarla yanaşı, gürcü mədəniyyətini də həbs ediblər. Prokurorluqla hansısa yolla dialoq qurmaq üçün hər şeyi etdik. Əvvəlcə videolar çəkdik, tamaşaları dayandırdıq, imza topladıq və bütün teatr, bütün gürcü mədəniyyəti saxlanılmış şəxslərə zamin durdu, lakin prokurorluq bunu hiss etmədi.
“Yeni teatr” bölgələrə çıxır. Biz hər yerə gedəcəyik və teatrın nəyə qadir olduğunu görəcəksiniz. Mütləq hamı, dostlarımız bizə qoşulacaqlar, biz eyni anda bölgələrə yayılacağıq və izləyin gürcü teatrını, izləyin. Ora getmə, bura gəl” – Davit Doiaşvili bildirib.