Davit Araxamia - Seçicilərin reyestrinin yenilənməsi istənilən seçkinin keçirilməsinin əsas şərtlərindən biridir, müharibə demoqrafik göstəricilərə böyük təsir göstərib və bu, reyestrdə əks olunmalıdır
Ukrayna müharibə vəziyyəti şəraitində seçkilərin mümkün keçirilməsi imkanlarını nəzərdən keçirir – bu haqda Ukraynanın qanunverici orqanında “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri Davit Araxamia sosial şəbəkədə yazır.
Araxamianın yazdığı kimi, Rusiyanın tammiqyaslı işğalından sonra ilk dəfə olaraq Ukraynanın “MSK”sı “Dövlət Seçicilərin Reyestrinin” fəaliyyətini bərpa edib.
“Bu, faktiki olaraq, MSK, vətəndaşlar və hakimiyyət arasında reyestrlə işləmək və müvafiq olaraq, onun yenilənməsi baxımından qarşılıqlı əlaqəni bərpa etmək üçün yol açır. Seçicilərin reyestrinin yenilənməsi istənilən seçkinin keçirilməsinin əsas şərtlərindən biridir. Müharibə demoqrafik göstəricilərə böyük təsir göstərib və bu, reyestrdə əks olunmalıdır. Bu istiqamətdə görüləsi çox iş var” – Araxamia yazır.