David Zalkaliani - Yohanes Hannın Tbilisiyə planlaşdırılmış səfəri Avropa inteqrasiyası prossesinin sonrakı tərəqqisinə imkanlar yaradacaq
Gürcüstanın Xarici İşlər naziri, David Zalkalianinin bəyan etdiyinə görə, Avropanın qonşuluq siyasəti və genişləndirilməsi üzrə avrokomisar Yohannes Hanın Tbilisiyə planlaşdırılmış səfəri Avropa inteqrasiyası prossesinin sonrakı tərəqqisinə imkanlar yaradacaq.
David Zalkalianinin bəyan etdiyinə görə, avrokomisarın səfəri çərçivəsində Tbilisidə “Şərq Partnyorluğu” Avropa məktəbi açılacaq.
Məktəbin açılması haqqında qərar 2017-ci il Brüsselin Şərq Partnyorluğu sammiti zamanı qəbul olunub. Bu Avropa İttifaqı xaricində təsis olunan ilk Avropa məktəbi olacaq”, – nazir bəyan etdi.
Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.