David Zalkaliani" - "Wizzair" heç yerə çıxmır, Gürcüstanda qalır və işini davam etdirir
“Wizzair” heç yerə çıxmır, Gürcüstanda qalır və işini davam etdirir, – bu barədə Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Macarıstan Xarici İşlər və Ticarət naziri, Piter Siarto ilə keçirilən birgə mətbuat konfransı zamanı bəyan etdi.
Zalkalianinin dediyinə görə, gürcü tərəfinin şirkət nümayəndəliyi ilə kommunikasiyası var.
“Biz “Wizzair” mövzusu barəsində danışırıq, hansı da Gürcüstanın Avropa ilə sıx əlaqələrində çox böyük rol oynayır. Bu yalnız uçuş vasitəsi deyil, onun böyük rolu var, çünki millətlər arasında əlaqələr, biznes və turizm birbaşa uçuşsuz təsəvvür ediməzdir. Bu istiqamət üzrə “Wizzair” şirkətinin hansı rolu yerinə yetirdiyini yaxşı bilirsiniz.
Son zamanlar dinlədiklərimizin hamısı fərziyyələrdir və həqiqətlə əlaqəsi yoxudur. “Wizzair” heç yerə çıxmır, Gürcüstanda qalır və işini davam etdirir. Gürcü tərəfinin şirkət nümayəndəliyi ilə kommunikasiyası var”, – David Zalkaliani bəyan etdi.