David Zalkaliani və Tea Sulukiani Fransada Levil yurdunu ziyarət edəcəklər

27 iyunda Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani və Mədəniyyət naziri, Tea Sulukiani Fransanın Levil Sur-Orj şəhərini ziyarət edəcəklər. Burada  Levil yurdunun ilk mərhələsinin oranjeriya layihəsinin təqdimatı və Levil yurdunun hakim şurasının iclası keçiriləcək. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

Levil yurdunda tikinti-reabilitasiya işlərinin həyata keçirilməsi Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə 2017-ci ildən başladı və pandemiyaya baxmayaraq, 2020-2021-ci illərdə fəal həyata keçirilirdi.

Bu mərhələdə, işlərin birinci hissəsi başa çatdı, oranjeriya layihəsi, 150 kvadratmetr yaşayıç sahəs, həyat, yol və həndəvər ərazi abadlaşdırıldı. İkinci – “böyük layihə” Levilin şatosunun və başqa əsas tikililərin yeniləşdirilməsi/təşkilini nəzərdə tutur.