Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani bu gün Vaşinqtona səfər edəcək.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Zalkaliani ABŞ-ın dövlət katibi, Mayk Pompeonun dəvəti ilə, din azadlığı koalisiyasının üzv ölkələrinin Xarici İşlər nazirlərinin görüşündə iştirak edəcək.
Elə onların məlumatına görə, səfər çərçivəsində, David Zalkaliani Dövlət Departamentində, Konqressdə, həmçinin ekspert dairələri ilə görüşlər keçirəcək.
Gürcüstan Xarici İşlər nazirinin səfəri fevralın 7-də başa çatacaq.