Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Uruqvay və Argentinaya rəsmi səfər edəcək. Səfər martın 23-dək davam edəcək.
Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində David Zalkaliani “south-south cooperation” konfransında iştirak edəcək və tədbir iştirakçılarına nitqlə müraciət edəcək.
Həmçinin, səfər çərçivəsində ikitərəfli görüşlər planlaşdırılıb. Argentinada Gürcüstan Xarici İşlər naziri Argentinalı həmkarı, Xorxe Foris ilə görüşəcək.
Uruqvaya səfər çərçivəsində David Zalkaliani Uruqvayın Xarici İşlər naziri, Rodolfo Nin Novoa, Uruqvayın vitse-prezidenti, Senatın sədri və Nümayəndələr Palatasının sədri ilə görüş keçirəcək.
Bununla yanaşı Gürcüstan Xarici İşlər naziri, Uruqvay və Argentinada gürcü diaporu nümayəndələri ilə görüşəcək.