David Zalkaliani - Ukrayna gəmilərinə Rusiya tərəfindən hücüm beynəlxalq dəniz nornalarının kobud pozulmasını təşkil edir
David Zalkaliani - Ukrayna gəmilərinə Rusiya tərəfindən hücüm beynəlxalq dəniz nornalarının kobud pozulmasını təşkil edir

Ukrayna dəniz gəmilərinə Rusiya tərəfindən hücüm beynəlxalq dəniz nornalarının kobud pozulmasını təşkil edir, – bu barədə Gürcüstan Xarici İşlər naziri David Zalkaliani “tvitter” səhifəsində yazır.

Zalkaliani Ukraynada inkişaf edən hadisələrə əks səda verir.

“Azov dənizi və Kerç boğazında baş verən hadisələri diqqətlə izləyirik. Ukrayna dəniz gəmilərinə Rusiya tərəfindən hücüm beynəlxalq dəniz normalarının kobud pozulmasını təşkil edir. Gürcüstan Ukrayna suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Beynəlxalq ictimaiyyəti durumun deeskalasiyası üçün təcili tədbirlərin görülməsinə çağırırıq”, – David Zalkaliani yazır.

Rus gəmiləri Ukrayna katerlərinə Odessa limanından Pariupol limanına hərəkət edərkən atəş açdılar. İnsident nəticəsində altı Ukrayna vətəndaşı xəsarət aldı. Ukrayna prezidentinin nümayəndəsinin məlumatına görə, rus sərhədçiləri 20-dən artıq Ukrayna hərbiçisini yaxalayıblar.

Ukrayna Milli Təhlükəsizlik Şurası 60 günlük müharibə vəziyyətinin elan edilməsi təşəbbüsünü irəli sürdü. Ukrayna prezidenti, Petro Poroşenko təşəbbüsü dəstəklədi.