Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Rusiya Xarici İşlər naziri, Sergey Lavrov ilə görüşdü.
Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.
“BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində, İsveçrə vasitəçiliyi və təşəbbüsü ilə Gürcüstan Xarici İşlər naziri və Rusiya Federasiyası Xarici İşlər naziri arasında görüşü baş tutdu. Gürcü tərəfindən müzakirənin əsas mövzusu Gürcüstan ərazilərinin işğalı idi”, – Xarici İşlər Nazirliyində bəyan edirlər.
Bununla yanaşı, David Zalkaliani və Sergey Lavrov arasında görüş barəsində məlumatı Rusiya Xarici İşlər Nazirliyi də yayır.