David Zalkaliani - Şərq Partnyorluğu ilə bağlı Avropa İttifaqının Xarici İşlər Şurasının qərarı Gürcüstanın avroatlantik məqsədlərini təsdiq edir
Şərq Partnyorluğu ilə bağlı Avropa İttifaqının Xarici İşlər Şurasının qərarı Gürcüstanın avroatlantik məqsədlərini təsdiq edir, – bu barədə Xarici İşlər naziri, David Zalkaliani Avropa İttifaqının Xarici İşlər Şurasının Şərq Partnyorluğu ilə bağlı qəbul etdiyi yekun nəticənin sənədlərinin dəyərləndirilməsi zamanı bəyan etdi.
“Avropa İttifaqının Xarici İşlər Şurası əhəmiyyətli sənəd qəbul etdi, qeyd olunasıdır ki, Şərq Partnyorluğunun gələcək zirvə toplantısının məhz elə bu sənəd əsası olacaqdır. Biz partnyorlarla intensiv olaraq onun üzərində işlədik ki, bizim üçün prioritetli istiqamətlər qeyd olunan sənəddə əks oluna idi”, – Zalkaliani qeyd etdi.
David Zalkalinianin bəyan etdiyinə görə, sənəddə Gürcüstanın Avropa cəhdləri və Avropa seçimi kimi mühüm məsələlər əks olunubdur. Sənəddə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstək təqsdiq olunubdur.
Nazirin məlumatına görə, sənəddə həmçinin nəqliyyat və energetika əlaqələrinin dərinləşdirilməsi vacibliyi xüsusi ilə qeyd olunubdur.