David Zalkaliani senator Cin Şahinlə telefon danışığı aparıb
Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani ilə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin, Avropa və Regional Təhlükəsizlik üzrə Alt Komitənin sədri, senator Cin Şahinlə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin məlumatına görə, David Zalkaliani senatora uzun illər ərzində fəal iştirakına və Gürcüstan üçün bütün prioritet məsələlərdə güclü dəstəyə görə təşəkkür edib və ABŞ Konqresinin ikitərəfli güclü dəstəyinin vacibliyini vurğulayıb.
“Danışıqlar zamanı tərəflər Rusiyanın Ukraynaya təcavüzünü, bu fonda regionda çətin təhlükəsizlik vəziyyətini müzakirə edib, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü sarsılmaz dəstəklədiklərini təsdiqləyiblər.
Davit Zalkaliani diqqəti Gürcüstanın işğal olunmuş bölgələrindəki çətin təhlükəsizlik mühitinə yönəldib. Tərəflər həmçinin Ukraynada davam edən müharibənin Gürcüstanın təhlükəsizlik mühitinə, eləcə də ölkənin iqtisadi vəziyyətinə təsirini nəzərdən keçiriblər. Bu kontekstdə mənfi təsirlərin qarşısını almaq üçün Gürcüstanın strateji tərəfdaşı kimi ABŞ-ın fəal və səmərəli iştirakının vacibliyi qeyd edilib.
“Söhbət zamanı ABŞ-Gürcüstan güclü strateji tərəfdaşlığının və onun regionda sabitlik və təhlükəsizliyin təşviqi kontekstində daha da dərinləşməsinin vacibliyi vurğulanıb”, – Gürcüstan XİN-dən bildiriblər.