Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Poşla Xarici İşlər naziri, Yatsek Çaputoviç ilə görüşdü. Nazirlər Polşa və Gürcüstan arasında strateji partnyorluq əlaqələrini və yüksək səviyyəli intensiv kommunikasiyanı alqışladılar.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, David Zalkaliani həmkarına Gürcüstana qarşı onun şəxsi dəstəyinə görə minnətdarlığını bildirdi. Gürcüstan və Polşa Xarici İşlər nazirləri ölkələr arasında mövcud əməkdaşlığın formatlarına yüksək dəyərləndirmə verdilər və bu formatların dərinləşdirilməsi və daha da fəallaşdırılması istiqaməti ilə işləməyə hazır olduqlarını ifadə etdilər.