David Zalkaliani - NATO-nun baş katibi Gürcüstan hakimiyyəti tərəfindən həyata keçirilmiş islahatlara yüksək dəyərləndirmə verdi
Baş katib tərəfindən Gürcüstan hakimiyyətinin həyata keçirdiyi islahatlara yüksək dəyərləndirmə verildi və qeyd edildi ki, Gürcüstan demokratik islahatların həyata keçirilməsi baxımından, eləcə də müdafiə və təhlükəsizlik sahəsində həyata keçirilmiş islahatlarla bölgədə liderlərdən biridir. O, bizi demokratik prinsiplərimizin konsolidasiyasının daha da dərinləşdirilməsinə çağırdı, – bu barədə Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani baş nazirin Brüsselə rəsmi sıəfərini dəyərləndirərkən bəyan etdi.
Elə onun dediyinə görə, baş naziri bu gün Brüsseldə fiziki olaraq bütün vəzifəli şəxslərlə görüşlər keçirir.
“Çox önəmli səfərdir, ona görə ki, bildiyiniz kimi, “COVID-19″ şəraitində səfər Avropa İttifaqında, eləcə də NATO-da yüksək səviyyədə baş tutur və faktiki olaraq baş nazirin bu gün Brüsseldə fiziki olaraq bütün vəzifəli şəxslərlə görüşləri keçirilir. Vaxt və mətnindən irəli gələrək, çox önəmli söhbətlər baş tutacaq, hətta bir neçəsi artıq baş tutub da. Mən NATO-nun baş katibi ilə görüşü xüsusilə qeyd edərdim.
Görüşdə qeyd olundu ki, Gürcüstan NATO üçün çox dəyərli partnyordur. Əfqanıstana cari əməliyyatlarda daxil etdiyimiz kontribusiya NATO tərəfindən yüksək dərəcədə dəyərləndirlir. Baş nazir tərəfindən Qara Dəniz təhlükəsizliyi və Qara Dəniz təhlükəsizliyi kontekstinə xüsusi diqqə yetirildi. Qeyd olundu ki, Gürcüstanın NATO-ya inteqrasiyası baxımından bütün praktiki alətləri var ki, bizim əsas prioritetimiz üzvlükdür və Gürcüstan öz yekun üzvlük məqsədinə mütləq nail olacaq”, – David Zalkaliani bəyan etdi.