David Zalkaliani - Lekso Laşkaravanın vəfat etməsinə görə kədərləndiyimi ifadə edirəm, əminəm ki, istintaq nəticəsində həqiqət müəyyənləşdiriləcək və ölkəyə bu qədər böyük ziyan vuran faciə bir daha təkrar olunmayacaq
Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani operator, Lekso Laşkaravanın vəfat etməsinə görə kədərləndiyini ifadə edir və ailəsinə, yaxınlarına başsağlığı verir.
“Tv Pirvelinin” operatoru, Lekso Laşkaravanın vəfat etməsinə görə kədərləndiyimi ifadə edirəm. Onun ailəsinə, dostlarına, həmkarlarına, yaxınlarına başsağlığı verirəm.
Əminəm ki, istintaq nəticəsində həqiqət müəyyənləşdiriləcək və ölkəyə və ictimaiyyətə bu qədər böyük ziyan vuran faciə bir daha təkrar olunmayacaq
İnsanın həyatından qiymətli heç nə yoxdur, hamımız bir-birimizin qayğısına qalmalıyıq”, – David Zalkaliani yazır.