David Zalkaliani Koreya Respublikasına pandemiya ilə mübarizə prosesində dəstəyinə görə minnətdarlığını bildirir
Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Cənubi Koreya Respublikasına “COVID-19” virusuna qarşı mübarizədə vaxtında dəstəyinə görə minnətdarlığını bildirir.
Bu barədə Gürcüstan Xarici İşlər naziri rəsmi “tvitter” səhifəsində yazır.
“Cənubi Koreya Respublikasının Xarici İşlər naziri, Kan Qion Sxvaya COVID-19″ virusuna qarşı mübarizədə vaxtında dəstəyinə görə təşəkkürümü bildirirəm”, – Zalkaliani yazır.
Onun dediyinə görə, Cənubi Koreya Respublikası virusun yayılmasının elə ilk mərhələsində, koronavirusa qarşı mübarizənin nümunəvi nümunəsinə çevrildi.
“Gürcüstan Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Gürcüstanın Koreyadakı Səfirliyinin birgə səyləri ilə, Koreya tərəfi ilə fəal əməkdaşlıq və Koreya hökumətinin dəstəyi ilə “SD Biosensor, Inc.” Cənubi Koreya şirkəti aprelin sonunda Gürcüstana “COVID-19″ virusunun anticisimini aşkar edən testlərin eksportunu həyata keçirəcək”, – XİN-də bəyan edirlər.