David Zalkaliani – İrakli Ğaribaşvilinin Kiyevdə Şarl Mişel ilə çox dostcasına söhbəti var idi, bir daha təsdiq olundu ki, Gürcüstan razılaşmanın bütün əsas istiqamətlərini yerinə yetirir

18:58, 26.08.2021

Gürcüstan Xarici İşlər naziri, David Zalkalininin bəyan etdiyinə görə, hakimiyyət 19 aprel razılaşması öhdəliklərinə sadiqdir.

Elə onun dediyinə görə, İrakli Ğaribaşvilinin Kiyevdə Şarl Mişel ilə qeyri-formal, çox dostcasına söhbəti var idi, bir daha təsdiq olundu ki, Gürcüstan razılaşmanın bütün əsas istiqamətlərini yerinə yetirir.

“Bizim Şarl Mişel ilə, onun kabineti ilə daimi əlaqəmiz var idi və var. Baş nazir, İrakli Ğaribaşvilinin Kiyevdə, Krım paltforması şərçivəsində Şarl Mişel ilə qeyri-formal, çox dostcasına söhbəti var idi, bir daha təsdiq olundu ki, Gürcüstan 19 aprel razılaşmasının bütün əsas istiqamətlərini yerinə yetirir, böyük hissəsi artıq yerinə yetirilib, bir hissəsi üzrə proses indi də gedir və onların tam zəmanətləri var ki, Gürcüstan hakimiyyəti bu maddələri tamamilə yerinə yetirəcək. Buna görə, hakimiyyət 19 aprel razılaşması öhdəliklərinə sadiqdir və gələcəkdə də belə davam edəcək”, – David Zalkaliani bəyan etdi.

Oxşar