David Zalkaliani ilə İar Lapid arasında telefon danışığı oldu

11:24, 02.09.2021

Gürcüstan Baş nazirinin müavini, Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ilə İsrail Dövlətinin Xarici İşlər Naziri, Alternativ Baş nazir İair Lapid arasında telefon danışığı olub. Məlumatı Xarici İşlər Nazirliyi yayıb.

İki ölkənin xarici işlər nazirləri gürcü və yəhudi xalqları arasında çoxəsrlik ənənəvi dostluq münasibətlərinin əhəmiyyətini və gələcəkdə daha da dərinləşmə perspektivlərini vurğuladılar.

Telefon danışığı zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəmində olan aktual məsələlər müzakirə edildi və ikitərəfli ticarət, investisiya və turizm sahələrini özündə birləşdirən iqtisadi istiqamətdə böyük potensialın olduğu vurğulandı.

Tərəflər qlobal pandemiya ilə mübarizənin yollarını və iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin inkişaf dinamikasını müzakirə ediblər. Yair Lapid gürcü həmkarını İsrailə rəsmi səfərə dəvət etdi və qarşıdakı səfər zamanı tərəflərin bütün vacib məsələləri daha ətraflı müzakirə etmək imkanına malik olacağına ümid etdiyini bildirdi.

Davit Zalkaliani israilli həmkarını bu vəzifəyə təyin olunması münasibətilə təbrik etdi, ona gələcək işlərində uğurlar arzuladı və öz növbəsində münasib vaxtda Gürcüstana rəsmi səfərə ev sahibliyi etməyə hazır olduğunu təsdiqlədi.

Oxşar