David Zalkaliani - Ermənistan prezidentinin səfəri ikitərəfli əlaqələrdə əhəmiyyətli hadisədir, əminəm ki, bu səfərdən sonra əlaqələrimiz yeni səviyyəyə keçəcək
David Zalkaliani - Ermənistan prezidentinin səfəri ikitərəfli əlaqələrdə əhəmiyyətli hadisədir, əminəm ki, bu səfərdən sonra əlaqələrimiz yeni səviyyəyə keçəcək

Xarici İşlər naziri, David Zalkalianinin bəyan etdiyinə görə, Ermənistan prezidentinin Gürcüstana səfəri ikitərəfli əlaqələrdə əhəmiyyətli hadisədir.

Elə onun dediyinə görə, yaxşı imkanlar var ki, ikitərəfli əlaqələrin bütün əsas istiqamətlərini və bölgədə mövcud durumu müzakirə etsinlər.

“Səfər çox önəmli bir vaxtı baş tutur və təbiidir ki, yaxşı imkanlar var ki, ikitərəfli əlaqələrin bütün əsas istiqamətləri və bölgədə mövcud durum müzakirə olunsun. Bu səfər çərçivəsində imkanımız olacaq ki, son illər gürcü-erməni əlaqələrində olan dinamika, gələcək perspektivlər barəsində söhbət edək. Vacibdir ki, bölgədə mövcud vəziyyət barəsində mövqelərin mübadiləsi baş versin. Həmçinin onun üçün ki,bölgənin uzunmüddətli sabitliyi və inkişafı üçün nələr edilməlidir. Əminəm ki, bu səfərdən sonra əlaqələrimiz yeni səviyyəyə keçəcək”, – Zalkaliani bəyan etdi.