David Zalkaliani - əminəm ki, Batumi Konfransında bugünki disskusiyalar çox məhsuldar olacaq, Avropalı partnyorlarımıza da yardım edəcək ki, bizim cəhdlərimizi və məqsədlərimizi aydın təsəvvür etsinlər
David Zalkaliani - əminəm ki, Batumi Konfransında bugünki disskusiyalar çox məhsuldar olacaq, Avropalı partnyorlarımıza da yardım edəcək ki, bizim cəhdlərimizi və məqsədlərimizi aydın təsəvvür etsinlər

Gürcüstan Xarici İşlər naziri, David Zalkalininin bəyan etdiyinə görə, Batumi Avropa Konfransı Gürcüstan-Avropa İttifaqı əlaqələrinin dərinləşdirilməsi istiqamətilə əhəmiyyətlidir.

“Bugünki konfrans fərqli formatla keçirilir. Pandemiyadan əmələ gələn çətinliklərə görə, biz konfransı onlayn formatda keçiririk, lakin bu ilki konfrans onunla da xüsusidir ki, yüksək səviyyəli qonaqlarımız var – Avropa Şurasının prezidenti, həmçinin assosiasiyalaşdırılmış partnyor ölkələrinin prezidentlər. Gürcüstan prezidentinin təşəbbüsü ilə, konfransın məhz elə bu formatda keçirilməsi qərara alındı. Əhəmiyyətlidir ki, bölgədə yaranan bu çağırışlar fonunda bizim bu günki disskusiyamız ona doğru yönəldimiş olacaq ki, bii Avropa inteqrasiyamızın sürətləndirilməsi istiqamətilə hansı addımlar atılmalıdır.

Bu ilki il onunla da əhəmiyyətlidir ki, ilin sonunda Şərq Partnyorluğu sammmiti keçiriləcək və məhz elə bu ilki konfransı, Şərq Partnyorluğunun hazırlanması baxımından da müzakirə etməliyik”, – Zalkaliani bəyan etdi.

Elə onun dediyinə görə, konfrans çərçivəsində partnyor üzv ölkələr arasında birgə bəyannamə imzalanacaq. Bu isə bir daha xüsusilə qeyd edəcək ki, Şərq Partnyoru bölgə ölkələri arasında yaranmış geosiyasi çağırışlardan irəli gələrək yeni yanaşmalar axtarılıb tapılsın.

“Vacibdir ki, diferensiya prinsipi təmin edilsin və vacibdir ki, inklüzivlik qorunub saxlanılsın. Əminən ki, Batumi Konfransında bugünki disskusiyalar çox məhsuldar olacaq, Avropalı partnyorlarımıza da yardım edəcək ki, bizim cəhdlərimizi və məqsədlərimizi aydın təsəvvür etsinlər ki, 2020-ci ildən sonra Şərq Partnyor ölkələri bölgədə və xüsusilə də assosiasiyalaşdırılmış partnyorlar istiqamətilə nələr edilməlidir ki, Gürcüstanın, Ukraynanın və Moldovanın proqresidaha da geri dönülməz olsun, bizim Avropa inteqrasiyamız prosesi daha sürətli templə getsin”, – David Zalkaliani bəyan etdi.