David Zalkaliani - əhəmiyyətlidir ki, Minsk razılaşması tamamilə həyata keçirilsin və götürülən öhdəliklər yerinə yetirilsin
Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani bu gün Strasburqda, Avropa Şurası Parlament Assambleyasında nitqlə çıxış edərkən Ukraynada cari münaqişə barəsində söhbət etdi.
Zalkalianinin dediyinə görə, əhəmiyyətlidir ki, Minsk razılaşması tamamilə həyata keçirilsin və götürülən öhdəliklər yerinə yetirilsin.
“Nazirlər komitəsi Ukraynada cərəyan edən münaqişəni yenə də diqqətlə izləyir. Komitə bir neçə dəfə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı dəstəyini bəyan etdi. Əhəmiyyətlidir ki, Minsk razılaşması tamamilə həyata keçirilsin və götürülən öhdəliklər yerinə yetirilsin. Artıq atılan bir neçə addım ümidvericidir – Normandiya formatında yeni dinamika və dekabrda girovların mübadiləsi”, – David Zalkaliani bəyan etdi.