David Tarxan-Mouravi - oktyabrın ilk həftəsində Azadlıq Meydanını dolduracağıq, Bokeriyalar və Saakaşvililər cəzalandırılmalıdırlar, yorulmaq olmaz, aksiyalara getməliyik
“Vətənpərvərlər Aliyansının” lideri, David Tarxan-Mouravi bəyan edir ki, 15 sentyabrdan partiyanın tərəfdarları aksiyaların keçirilməsinə başlayırlar.
“Vətənpərvərlər Aliyansının” tərəfdarlarının toplantısında nittqlə çıxış edərkən David Tarxan-Mouravinin bəyan etdiyinə görə, sentyabrın 15-də Respublika Meydanında etiraz aksiyasının keçirilməsi planlaşdırılır.
“Bu gün ilk görüşümüzdür. Aksiyaların mövsümünü açırıq. Aydındır ki, hamı hələlik şəhərdə deyil. İstirahət edirlər. Sentyabrın 15-də Respublika Meydanında etiraz aksiyasını keçirirəcəyik. 22-də də, 29-da da toplanacağıq. Düşünürəm oktyabrın ilk həftəsində Azadlıq Meydanını dolduracağıq. 7 ildir eyni tələbdir, Bokeriyalar və Saakaşvililər cəzalandırılsınlar. Yorulmaq olmaz, aksiyalara getməliyik”, – David Tarxan-Mouravi bəyan etdi.
Onun dediyinə görə, mübarizə ona kimi davam etməlidir ki, 2020-ci ilin sonun qədər hakimiyyət dəyişsin.